8 iyun 2010 11:10

Yerli əhali Yeni zelandiyalılara məşq etməyə mane olur

Yeni Zelandiya millisi CAR-ın Deyvton şəhərindəki məşqinin müddətini xeyli qısaltmağa məcbur olub. Səbəb isə afrikalıların məişət adət-ənənələridir.
 
azerisport.az xəbər verir ki, məşq meydanının ətrafında tüstü elə həddə çatıb ki, oyunçuların sağlamlıqları ilə risk etməmək xatirinə məşqçi məşqi yarımçıq kəsməli olub. İş burasındadır ki, yerli əhali qızınmaq və yemək bişirmək üçün odundan və ağ neftdən istifadə edir və bu proses nəticəsində yaranan qatı ağ tüstü Yohannesburqun yaxınlığında yerləşən Deyvton şəhərciyinin «Sinaba» stadionunu bürüyüb.
 
Yeni Zelandiya yığma komandasının baş məşqçisi Riki Herbert əmindir ki, vəziyyət normallaşacaq və tüstü onun oyunçularının futbol üzrə dünya çempionatına normal hazırlaşmalarına mane olmayacaq.