8 iyun 2010 10:58

Amerikalılar bir daha sübut etdilər ki, futbolu basketboldan ayıra bilmirlər

Bütün dünyanın bukmekerləri qarşıdan gələn dünya çempionatında Braziliyanın və ya İspaniyanın qalib gələcəyi barədə proqnozlar verdiyi bir vaxtda Şimali Amerika əhalisi tamamilə əmindir ki, Mundialın qalibi məhz ABŞ milli komandası olacaq.
 
Nielsen Media Research şirkətinin apardığı tədqiqatın nəticələri göstərib ki, amerikalıların 46%-i öz komandalarının qalibiyyətinə şübhə etmir. Onlara belə əminlik verən isə ABŞ komandasının «yaxşı formada olması» və ötən il Konfederasiyalar Kubokunda Avropa çempionu İspaniya komandasına qalib gəlməsidir.
 
azerisport.az xəbər verir ki, tədqiqatı aparmış şirkətin regional bölmələrindən birinin rəhbəri Toni Petr nəticələri bu cür şərh edib: «Futbol ABŞ-da ən dinamik inkişaf edən idman növlərindən biridir. Devid Bekhemin «Los-Anceles» komandasındakı çıxışı sokkeri (amerikalılar futbolu daha çox bu adla tanıyırlar, onlar üçün «futbol» anlayışı yalnız Almerika futbolu idman növü ilə assosiasiya olunur) daha da populyarlaşdırıb. Yerli əhali futbolu az-çox bilir. Çünki onların uşaqları da bu oyunla məşğul olurlar. Lakin amerikalıların başqa milli komandalar haqqında təsəvvürünün nə dərəcədə olması maraq doğurur».