8 iyun 2010 10:35
Oskar Tabares: «Əsas məsələ Fransanı məğlub etməkdir»
Uruqvay milli futbol komandasının baş məşqçisi Oskar Tabares hesab edir ki, qrupdan çıxmaq üçün onun komandasına ən azı 5 xal lazım olacaq. azerisport.az xatırladır ki, Uruqvay yığması A qrupunda Fransa, Meksika və Cənubi Afrika komandaları ilə mübarizə aparacaq. İlk oyununu isə məhz Raymon Domenekin rəhbərlik etdiyi komandaya qarşı keçirəcək.
«Biz başa düşürük ki, qrup mərhələsində beş xal toplaya bilməsək, pley-off mərhələsinə keçməyə bilərik. Əsas şərt Fransanı ilk oyunda məğlub etməkdir. Bu yığma komandaya hörmətlə yanaşırıq, dərk edirik ki, onları udmaq asan iş deyil. Bu oyunun nəticəsindən çox şey asılıdır», - Tabares belə deyib.
