8 iyun 2010 18:39
Mesut Özil Sara Konnorun bacısını sevir (FOTO)
Almaniya milli futbol komandasının oyunçusu, türk əsilli Mesut Özil məşhur müğənni Sara Konnorun doğma bacısı Anna Maria Lagerblomu sevir.
21 yaşlı futbolçunun sevgilisi, 28 yaşlı Anna Maria dünya çempionatının oyunlarını izləmək üçün Cənubi Afrikanın Pretoriya şəhərində yerləşən otellərdən birində qalacaq.
azerisport.az bildirir ki, Cənubi Afrikanın bu şəhərində çempionat dövründə bir adamlıq gündəlik xərclərin məbləği 15 min avroya çatacaq. Belə ki, normal oteldə gecələməyin özü 600 avroyadır.
