8 iyun 2010 15:09

ŞOK! Argentina millisinin baş menecerindən inanılmaz vəd

Argentinanın futbol üzrə milli komandasının baş meneceri Bilardo son illərin ən çılğın açıqlamasını edib: «Finalda qol vuran adamla bir gecə birlikdə olmağa hazıram!»
 
Sonuncu dəfə Dünya Kubokunu 1986-cı ildə qazanmış Argentina milli futbol komandası çempion olmaq üçün əlindən gələn hər şeyi edir. Seçmə mərhələdən güc-bəla ilə çıxaraq Cənubi Afrikaya vəsiqə qazanan argentinalıların baş məşqçisi Maradona ötən günlərdəki açıqlamasında söz vermişdi ki, komandası çempion olsa, Buenos-Ayresin Obelisk meydanında tam çılpaq qaçacaq.
 
azerisport.az bildirir ki, Argentina yığma komandasının Meksikada keçirilmiş dünya çempionatında baş məşqçisi olmuş Karlos Bilardo «Telefe» radiosuna maraqlı açıqlama verib. «Argentina çempion olarsa, finalda qol vuracaq futbolçu ilə bir gecə birlikdə olmağa hazıram» deyən 71 yaşlı Bilardo radioaparıcının zarafat edib-etmədiyi barədə sualını belə cavablandırıb: «Adamlara qəribə gələ bilər, amma burada söhbət dünya çempionluğundan gedir».
 
İxtisasca ginekoloq olan Karlos Bilardonun bu açıqlamasına futbolçuların reaksiyası maraqlı olub. Karlos Teves «Qolu vuran adam mən olsam, məndən uzaqda dursun» deyib. Xavyer Maskerano isə «Bu, bir zarafat ola bilər» cavabını verib.