7 iyun 2010 11:03

Anfisa Çexova azı 4 il gözləməli olacaq (FOTO)

Məşhur rusiyalı teleaparıcı, müğənni və aktrisa, açıq-saçıq davranışı ilə dillər əzbəri olan Anfisa Çexova deyib ki, Rusiyanın milli futbol komandası dünya çempionu olarsa, mütləq millinin oyunçularından birinə ərə gedəcək.
 
azerisport.az xəbər verir ki, Anfisa bununla bağlı deyib: «Əgər belə bir şey baş verərsə, mən millimizin oyunçusuna ərə getməyə hazıram! Əlbəttə,bir sıra məhrumiyyətlərə dözməli olacağam – çoxsaylı təlim-məşq toplanışları, dünya çempionatından əvvəl və sonra sekssiz həyat, amma mən həzıram. Lakin komandamızın necə oynadığına baxsaq, deyəsən, qız qalacağam».
 
Çexova həm də futbolçulara cinsi həyata qadağa qoyulmasından və CAR-da keçiriləcək dünya çempionatında favoritlər barədə danışıb: «Mən futbolçulara seksi qadağan edərdim. İnsan seks arzulayırsa və bunu əldə edə bilmirsə, həmin enerji mütləq başqa sahədə özünü göstərir. Məsələn, mən seksdən sonra çox dağınıq oluram. Yəqin ki, belə vəziyyətdə futbol oynamaq olmaz. Həm də müxtəlif insanlar buişlə müxtəlif cür məşğul olurlar – kimisi cəmi bir dəfə, kimisi də gücü sona yetənədək. Məşqçi buna necə nəzarət eləsin? Amma mənim fikrimcə, 3 ildən artıq ailə həyatı yaşamış futbolçulara güzəştə getmək olar. Bu adamlar vaxt keçdikcə daha sakit olurlar. O ki qaldı favoritlərə, Fransa və İspaniya komandalarına azarkeşlik edəcəyəm. Axı bu komandalarda Yoann Qurkyuff və Jerard Pike kimi kişilər oynayır…»