7 iyun 2010 10:32
Sloveniya ABŞ-la İngiltərəni özünə rəqib saymır
Sloveniya yığmasının keçmiş yarımmüdafiəçisi Zlatko Zahoviç komandalarının dünya çempionatındakı perspektivi ilə bağlı düşüncələri ilə bölüşüb.
azerisport.az bildirir ki, Zahovis deyib: «Biz istənilən halda qrupdan çıxacağıq. Bilirsiniz niyə? Çünki ABŞ-dan da, İngiltərədən də güclüyük. Rusiyaya necə asan qalib gəldiyimizi xatırlayın. Bunu necə asan etdiyimizi izah etməyə söz də tapmıram! Buna görə də, qrupdan çıxacağımıza heç kimin şübhəsi olmasın. O ki qaldı çempionatın favoritlərinə, məncə, əsas mübarizə Braziliya ilə Argentina arasında gedəcək. Ən böyük sürpriz isə, yəqin ki, Sloveniya komandası olacaq. Fransa isə hamını məyus etməlidir, çünki onların məşqçisi çox zəifdir».
