7 iyun 2010 10:24

Argentinalı azarkeşlər Maradonadan geri qalmırlar

Dünən Cənubi Afrikanın Yohannesburq hava limanında yeddi argentinalı azarkeş həbs olunub. Xuliqan azarkeşlər dünya çempionatının oyunlarını izləməyə gəliblərmiş.
 
azerisport.az xəbər verir ki, Argentina polisinin zabiti Uqo Lompitsano bu hadisə ilə bağlı deyib: «Hələlik yeddi nəfər həbsdədir. Onların adlarını açıqlamaq istəmirəm. Çünki həbs proseduru ilə bağlı bütün məsələlər sona kimi həll edilməyib».
 
Çox güman ki, həbs olunanlar öz ölkələrinə geri göndəriləcəklər.