7 iyun 2010 10:18

Portuqaliyalıları CAR-da öz vətənlərindəki kimi qarşılayıblar

Portuqaliya millisinin Cənubi Afrikadakı ilk məşqini düz 2 min tamaşaçı izləyib. Belə böyük maraq bu ölkədə Qərbi Avropadan gəlmiş xeyli immiqrantın yaşaması ilə izah olunur. Qeyd edək ki, Karluş Keyruşun yetirmələrini hava limanında da minlərlə insan qarşılayıb. Onlar küçələr boyu düzülərək komandanı hava limanından bazaya qədər salamlayıblar. Portuqaliyalıların 1 saatlıq məşqinə cəmi 1600 bilet satılsa da, daha 400 nəfər bu prosesi hasarın arxasından izləyib. Ən böyük maraq isə, təbii ki, «Real»ın lideri Kriştianu Ronaldoya göstərilib.
 
azerisport.az bildirir ki, komandanın müdafiəçisi Paulu Ferreyra bu cür böyük marağa təəccüblənməyib: «Hamı bilir ki, Cənubi Afrikada xeyli portuqaliyalı yaşayır. Bu cür dəstək bizi sevindirməyə bilməz».
 
CAR-da ümumilikdə yarım milyona qədər portuqaliyalı yaşayır. Əlavə edək ki, Portuqaliya komandasının dünya çempionatından əvvəl Mozambikə qarşı keçirəcəyi son yoldaşlıq oyununa 28 min biletin hamısı cəmi 12 saata satılıb qurtarıb.