7 iyun 2010 10:04
Bizim küçədə də bayram olacaq?
Dünya çempionatının oyunlarını idarə edəcək hakimlər bir oyuna 45000 dollar (36000 manat) qazanacaqlar.
azerisport.az saytının bildirdiyinə görə, orta hesabla hər bir cəlb olunmuş nümayəndə FİFA-nın xəzinəsinə 35000 dollara (28000 manat) başa gələcək.
Xatırlatmaq istərdik ki, azərbaycanlı hakimlər nədənsə FİFA-nın oyunlara hakimləri təyin edən rəsmilərinin yadına düşməyib. Mundialın ilk oyununu isə Özbəkistandan olan hakim idarə edəcək.
