7 iyun 2010 16:40

Yeqor Titov: Bunu qadağan etmək olmaz!

Dünya çempionatı yaxınlaşdıqca, məşhur futbolçular və futbol mütəxəssisləri öz proqnozları ilə bölüşməkdən usanmırlar.
 
Keçmişdə ən populyar Rusiya futbolçularından olan Yeqor Titovun fikrincə, Mundialda ən böyük sensasiyaya Sloveniya yığmasının çıxışı səbəb olacaq.
 
Titov çempionat dövründə futbolçuların şəxsi həyatına qoyulan qadağalar məsələsinə də toxunub. Onun fikrincə, futbolçular heç olmasa 3 gündən bir öz sevgililəri və həyat yoldaşları ilə görüşməlidirlər. Çünki belə qadağalar qoymaq mənasızdır.