7 iyun 2010 15:12
Dünya çempionatının ilk qurbanı
Hələ başlamamış Cənubi Afrikadakı futbol üzrə dünya çempionatı ilk qurbanlarını verməkdədir. İyunun 6-da Yrhannesburq yaxınlığındakı stadionda Nigeriya və Şimali Koreya milliləri arasında yoldaşlıq oyunundan əvvəl yaşanmış qarışıqlıqda xoşbəxtlikdən ölən olmasa da, bir neçə azarkeşə və bir polis nəfərinə ciddi tibbi yardım gərək olub. Hələ ki, FİFA həmin hadisənin detallarını öyrənir.
Bu arada isə Mərkəzi-Şərqi Afrikadan kədərli xəbər gəlib.
Hollandiya yığmasının azarkeşi dünya çempionatına aparan yolda ölüb. 60 yaşlı Henk Vits Mundiala bir qrup həmyerlisi ilə birlikdə təyyarə ilə deyil, quru yolla getməyi qərara alıb. Vits Afrikanın ən böyük göllərindən biri olan Malavi gölündə batıb. Bu göl Tanzaniya və Mozambikin ərazilərində yerləşir.
Azarkeşin ölümü ilə əlaqədar olaraq, bütün dünya çempionatı boyunca Hollandiya yığmasının azarkeşləri qollarında qara lent gəzdirəcəklər.
