6 iyun 2010 16:12

FİFA prezervativlərə qarşı

Qarşıdan gələn futbol üzrə dünya çempionatı yüksək mənəvi dəyərlər yarışına çevrilə bilər. Hər halda, FİFA belə düşünür. Futbol məmurları qərara gəliblər ki, CAR stadionlarında prezervativlərin və sağlam həyat tərzini təbliğ edən ədəbiyyatın pulsuz yayılmasına qadağa qoyulsun. Bu qərar artıq sərt tənqidlərə məruz qalıb.
 
AİDS əleyhinə mübarizə aparan təşkilatlar FİFA-ya etirazlarla müraciət ediblər. Belə ki, oyunların keçirildiyi zaman stadionlarda fərdi qorunma vasitələrinin və bu tip ədəbiyyatın satılacağı kabinələrin quraşdırılması onların planlarına daxil idi. Cənubi Afrikanın AİDS-lə mübarizə üzrə 10 aparıcı qurumu FİFA-nın bu qərarını hiddətlə qarşılayıblar. Və nəzərə çatdırıblar ki, nədənsə oyunlar zamanı turnirin sponsorları öz spirtli içkilərini rahat şəkildə sata biləcəklər.
 
Afrikanın AİDS-lə mübarizə təşkilatlarını qorxudan perspektiv isə ondan ibarətdir ki, CAR-a gələcək çoxsaylı azarkeşlər ordusu cinsi yollarla yayılan xəstəliklərin daha geniş vüsət almasina gətirib çıxara bilər.