6 iyun 2010 15:58

Dünya çempionatını özbək açacaq

FİFA iyunun 11-də Cənubi Afrika və Meksika yığmaları arasında keçiriləcək 2010-cu ilin dünya çempionatının ilk oyununa hakimləri təyin edib. İlk matçın baş hakimi 2008 və 2009-cu illərdə Asiyanın ən yaxşı futbol hakimi seçilmiş Ravşan İrmatov (Özbəkistan) olacaq.
 
İrmatov beynəlxalq karyerasını 2003-cü ildə başlayıb. O, 17 yaşlılardan iibarət komandaların dünya çempionatlarında (2003, 2007, 2009), 20 yaşlıların dünya çempionatında və 2008-ci ildə Yaponiyada keçirilmiş klublar arasinda dünya çempionatında hakimlik edib. Futboldan savayı, İrmatov üzgüçülük və tennislə də məşğul olur.
 
CAR – Meksika oyununda İrmatova onun həmvətəni Rafael İlyasov və qırğızıstanlı hakim Bahadır Koçkorov komək edəcəklər. Dördüncü hakim isə malayziyalı Subkhiddin Mohd Salleh olacaq.