5 iyun 2010 15:39

Maradona futbolçularının seksual həyatına qadağa qoymur (FOTO)

Braziliyanın prezidenti Lula da Silva Argentina yığmasını komandada çox sərbəst qayda-qanuna görə tənqid edib. Silva xüsusilə qeyd edib ki, CAR-da futbolçuların sevgililərinin onlarla birgə yaşaması yolverilməzdir.
 
azerisport.az xəbər verir ki, Argentina yığmasının həkimi Donato Villani bu barədə başqa cür düşünür: «Seks hər bir insanın sosial həyatının tərkib hissəsidir və bununla bağlı problem yoxdur». Həkim əlavə edib ki, cinsi həyat stabil partnyorla olmalı, şampan və viaqra kimi stimulyatorlardan istifadə edilməməlidir.
 
«Mənə belə gəlir ki, buna ancaq Maradona icazə verə bilərdi, - da Silva belə deyir. – Baxarıq, görək Argentina futbolçuları sevgililəri ilə keçirdikləri qızğın gecələrdən sonra futbol meydanında necə görünəcəklər».
 
«Şübhə etmirəm ki, Braziliya yığma komandası dünya çempionatında qalib gələcək», - Lula da Silva sözlərini belə yekunlaşdırıb.