4 iyun 2010 10:42
Məclisə… Stadiona Mandela gəlir!
Cənubi Afrika Respublikasının keçmiş prezidenti, tanınmış siyasətçi Nelson Mandela dünya çempionatının açılış və final oyunlarını canlı olaraq stadiondan izləyəcək.
azerisport.az xəbər verir ki, 91 yaşlı siyasətçi son zamanlar çox nadir hallarda publika qarşısına çıxır. Afrika Milli Konqresi Partiyasının nümayəndəsi Cekson Mtembu deyib ki, Mandela yarışın həm açılışının, həm də finalının bəzəyinə çevriləcək: «Biz fəxr edirik və xoşbəxtik ki, o, belə vacib bir hadisədə iştirak edəcək. Mandelanın sehri hadisəni daha da həyəcanlandırıcı edəcək».
