4 iyun 2010 09:36
120 min avro qazanmaq istəyirsən? Qrupdan çıx!
Əlcəzair millisinin hər bir üzvü futbol üzrə dünya çempionatında komandanın qrup mərhələsini adlaya biləcəyi təqdirdə 120 min avro qazana bilər. azerisport.az bildirir ki, bunu Əlcəzair Futbol Federasiyasının prezidenti Məhəmməd Rauraua komandanı Cənubi Afrikaya yola salarkən deyib.
Xatırladaq ki, əlcəzairlilərlə birlikdə C qrupunda İngiltərə, ABŞ və Sloveniya yığmaları yarışacaqlar.
