4 iyun 2010 09:15
İspanlar hərəyə 600 min avro qazanacaqlar
Bəzi ölkələrin futbol federasiyalarının 2010-cü ilin dünya çempionatında qələbəyə görə təyin etdikləri mükafatların məbləğləri məlum olub. azerisport.az xəbər verir ki, qələbə qazanacaqları təqdirdə ən böyük mükafat ispanlara qismət ola bilər.
Visente del Boskenin komandasının hər bir üzvü dünya çempionu olacağı halda 600 min avroya ümid edə bilər. Digər millilərdə məbləğlər bir qədər azdır. Argentinada bu rəqəm 510 min avroya, İngiltərədə isə 475 min avroya bərabərdir. Bundan savayı, Fransa milli komandasının hər bir mərhələni keçməsinə görə ödəniləcək mükafatların məbləği açıqlanıb. Fransızların hər birinə qrupdan çıxmalarına görə 70 min avro, 1/4 finala vəsiqə qazanmalarına görə yenə 70 min avro, yarımfinalda oynamağa görə 100 min avro, çempionluğa görə isə daha 50 min avro ödəniləcək. Beləliklə, çempion olsalar, fransız futbolçuların hər biri 390 min avro varlanacaq.
