31 may 2010 14:42

Braziliya finalda Serbiyanı məğlub edəcək (FOTO)

İngilis jurnalistlər – Saymon Kuper və Saymon Şimanskinin “Why England Lose” (yaxud “Soccernomics”) adlı kitabı maraqlı kəşflə yadda qalıb. Azerisport.az xəbər verir ki, kitabın əsasında üç motiv durur: ağıllı futbolçu; ideal azarkeş; penaltini necə vurmalı. Kitabda bir çox futbol və oyunətrafı məsələlərə toxunulub. DÇ mövzusu da diqqətdən kənarda qalmayıb. Müəlliflər hətta turnirin bütün mərhələlərinə proqnozlarını da veriblər.

Şansların hesablanması bir qədər spesifik qaydada aparılıb. İxtisasca riyaziyyatçı olan Şimanski matçların qalibini aşağıdakı 4 prinspi üzrə aparıb: meydan amili, təcrübə (beynəlxalq oyunların sayı), ölkələrin əhalisinin sayı və adambaşına düşən gəlir. Üstünlüklər bu cürdür: meydan amili – 0,67 qol; beynəlxalq oyunların sayının ikiqat çoxluğu – 0,5 qol; əhalinin sayının ikiqat çoxluğu – 0,1 qol və adambaşına düşən gəlirin ikiqat çoxluğu – 0,1 qol.

Hesablamalar nəticəsində məlum olub ki, 1/8 finala heç kimin gözləmədiyi halda, Yeni Zelandiya və Honduras yığmaları çıxır. Amma həlledici mərhələlər yaxınlaşdıqca qanunauyğunluq gözə dəyir. Finalda isə Braziliya Serbiyaya qalib gəlir. Ümumi nəticələr belədir:

1/8 final

CAR – Cənubi Koreya
Fransa – Argentina
ABŞ – Serbiya
İngiltərə - Almaniya
Danimarka – İtaliya
Hollandiya – Yeni Zelandiya
Portuqaliya – İspaniya
Braziliya – Honduras

1/4 final

İtaliya – İspaniya
Hollandiya – Braziliya
Cənubi Koreya – Serbiya
Fransa – Almaniya
 
Yarımfinal
 
Serbiya – İspaniya
Almaniya – Braziliya
 
Final

BRAZİLİYA – Serbiya