30 may 2010 23:15
32 namizəd. №15. Uruqvay
Dosye
Uruqvay Futbol Assosiasiyası 1900-cu ildəyaradılıb. 1923-cü ildən FİFA-nın üzvüdür.
Uruqvay yığması 2 dəfədünya, 14 dəfə Cənubi Amerika çempionu olub.DÇ-nin final turnirlərində10 dəfəiştirak edib.
Baş məşqçi: Oskar Tabares
Ən çox oyun keçirən futbolçu: Rodolfo Rodriges – 79 oyun
Ən yaxşı bombardir: Ektor Skarone – 31 qol
Azerisport.az Cənubi Amerika yığmalarının təqdimatını davam etdirir. Paraqvay və Çilidən sonra növbə Uruqvayındır.
“Çarruas” bu rubrikada təqdim etdiyimiz ilk dünya çempionudur. O həmçinin dünya çempionlarının da ilkidir. Eyni zamanda, aydındır ki, Cənubi Amerika ölkələri arasında DÇ-ni qalib kimi bitirən ilk komandadır. Uruqvay DÇ-ni qəbul edən ilk ölkədir. Gördünüzmü bu ölkə dünya futboluna nə qədər töfhə verib?
Təəssüflər olsun ki, Uruqvay yığması artıq 60 ildir, dünya futbolunun nəhəngləri arasında yer almır. Komanda sonuncu dəfə DÇ-di az-çox ciddi uğur qazanıb. Bu uğur da “Marakana”da Braziliyanın əlindən alınan çempionluqdur. Növbəti 6 yarışda Uruqvay heç 1/4 finala gedib çıxmayıb. Son illərdə isə yalnız DÇ-2002-də iştirak edib. Çox uğursuz.
Oskar Vaşinqton Tabares Uruqvayın ən güclü məşqçisi sayılır. Amma bu məşqçisiz belə “çarruas” olduqca rəqabətədavamlı görünür. Braziliya və Argentinanı çıxmaq şərti ilə, Uruqvay qədər ulduzlardan qurulmuş heyətə malik Cənubi Amerika komandası tapmaq çətindir. Elə də DÇ-də çıxış edəcək 23 komandadan ən azı 20-si bu kollektivdə olan futbolçu seçiminə paxıllıq edə bilər. Amma ulduzlar hər şeyi həll etmir, deyilmi?
Əgər həll etsəydi, Fernando Muslera, Martin Kaseres, Valter Qarqano və Dieqo Forlan şaquli xətti Uruqvayı çempion edə biləcək gücdə olardı. Ya da heç olmasa, 1/4 finala çıxaracaq. Bu gün nə Fransa, nə İngiltərə, nə digər vaxtilə dünya çempionu olmuş komandalar üçün 1/4 finala vəsiqə böyük uğur sayıla bilməz. Amma Uruqvay onlardan məhz bununla fərqlənir. Və o yeganə triumfatordur ki, DÇ-də onu ciddi qəbul etmirlər. Hətta Uruqvayın Fransa, Meksika və meydan sahibi CAR-ın qrupundan çıxmaq şansları aşağı qiymətləndirilir.
Lakin yəqin ki, Tabaresə elə bu lazımdır. O öz işini görür. Komandanın nə dərəcədə real rəqabətədavamlılığını qarşıdakı bir ayda görəcəyik.
Yeri gəlmişkən, Tabares artıq yekun 23 nəfərlik siyahını açıqlayıb. Adlara bir baxın!
Qapıçılar: Fernando Muslera (Latsio, İtaliya), Xuan Gilyermo Kastilyo (Kali, Kolumbiya), Martin Silva (Defensor Sportinq).
Müdafiəçilər: Dieqo Luqano (Fənərbaxça, Türkiyə), Dieqo Qodin (Vilyarreal, İspaniya), Andres Skotti (Kolo-Kolo, Çili), Xorxe Fusile (Porto, Portuqaliya), Martin Kaseres (Yuventus, İtaliya), Maurisio Viktorino (Universidad de Çili), Maksi Perreyra (Benfika, Portuqaliya).
Yarımmüdafiəçilər: Valter Qarqano (Napoli, İtaliya), Egidio Rios (Penyarol), Sebastyan Equren (AEK, Yunanıstan), Dieqo Peres (Monako, Fransa), Alvaro Perreyra (Porto, Portuqaliya), İqnasio Qonsales (Valensiya, İspaniya), Nikolas Lodeyro (Ayaks, Hollandiya), Alvaro Fernandes (Universidad de Çili).
Hücumçular: Sebastyan Fernandes (Banfild, Argentina), Luis Suares (Ayaks, Hollandiya), Dieqo Forlan (Atletiko Madrid, İspaniya), Sebastyan Abreu (Botafoqo, Braziliya), Edison Kavani (Palermo, İtaliya).
