29 may 2010 00:14
İyunun 1-də bütün yığmaların heyəti məlum olacaq
Qarşıdakı çərşənbə axşamına qədər DÇ-2010-da iştirak edəcək bütün yığmalar iştirak ərizəsini FIFA-ya təqdim etməlidirlər. Azerisport.az xəbər verir ki, 1 iyun saat 23:59-da bütün komandaların sifariş vərəqəsi məlum olacaq və ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, bu gün üçün yalnız 12 milli komanda - Fransa, Argentina, ABŞ, Hollandiya, Danimarka, Yaponiya, Yeni Zelandiya, Braziliya, KXDR, İspaniya, İsveçrə və Honduras yekun 23 nəfərlik siyahını müəyyənləşdirib.
DÇ-nin başlanmasına 13 gün qalıb.
