27 may 2010 15:46

Foqts və Kanın xələfləri məlum oldu

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv DÇ-2010-da komandanı kapitan sarğısı ilə meydançaya çıxaracaq futbolçunun adını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu, Bavariyanın və yığmanın 26 yaşlı müdafiəçisi Filipp Lamdır. Zədə üzündən DÇ-ni buraxacaq kapitan Ballakı məhz Lam əvəz edəcək. Xatırladaq ki, vaxtilə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts da Almaniya yığmasında kapitan sarğısını daşıyıb.

DÇ-də həmçinin “Bundestim”in əsas qolkiperi də müəyyənləşib. Bu, Şalkenin qapıçısı Manuel Noyer olacaq.