24 may 2010 18:31
Del Boske futbolçularına Facebook və Twitter`i qadağan etdi
İspaniya yığmasının futbolçuları çətin vəziyyətlə üzləşiblər. Azerisport.az “AS” qəzetinə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Visente del Boske futbolçularına “Facebook”, “Twitter” və “Tuenti” kimi sosial şəbəkələrdən istifadə etmək qadağası qoyub. Qadağa DÇ ərzindən qüvvədə olacaq.
Del Boskenin fikrincə, bu cür qərar futbolçuların oyunlara daha yaxşı hazırlaşmasına şərait yaradacaq.
