23 may 2010 16:30
Bu stadiona hamı gəlmək istəyəcək (FOTO)
Şənbə günü Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma qarşıdakı DÇ-nin əsas stadionu olan Yohannesburqdakı “Sokker Siti” arenasının rəsmi açılış mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, bu stadion həm DÇ-nin açılış (11 iyun, CAR - Meksika), həm də final matçını (11 iyul) qəbul edəcək.
Arenada keçirilən ilk qarşılaşda CAR kubokunun finalı olub. Bidvest Amazulunu 3:0 hesabı ilə məğlub edib. Matçı 76 min azarkeş izləyib.
