17 may 2010 15:40

XL-in hücumçusu heç bir halda CAR-a yollanmayacaq

Xəzər Lənkəranın honduraslı hücumçusu Allan Lalin bildirib ki, CAR-a heç cür yollanmayacaq. Azerisport.az xəbər verir ki, adı millinin iştirak ərizəsinə salınmayan Lalin heç azarkeş kimidə Afrikaya getməyəcəyini deyib.

“İnanırdım ki, baş məşqçinin diqqət mərkəzində olaram. İndi də milliyə dönəcəyimə ümidimi itirmirəm. Ən böyük arzum ölkə xaricində çıxış etmək idi. XL-də bu arzumu reallaşdırdım. Çoxları bilməsə də, Azərbaycan çempionatı kifayət qədər güclüdür. Hondurası bu ölkədə layiqli təmsil edirəm. CAR-a yollanmaq? Yox, DÇ zamanı məzuniyyətdə olacağam. Vətəndə istirahət edəcəyəm” – deyə yerli mətbuata müsahibəsində Lalin bildirib.