14 may 2010 00:12

Dünyanın ən sirli komandası heyətini gizli saxlamadı

KXDR yığmasının məşqçi korpusu il CAR-da keçiriləcək dünya çempionatına aparacağı 23 nəfərlik heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, əsasən yerli klublarda çıxış edən futbolçulara Rusiya və Yaponiyada çıxış edən üç oyunçu da qoşulub.
 
Qapıçılar: Kim Men Cil, Kim Men Von (hər ikisi Amrokqanq), Ri Men Quq (Pxenyan).
 
Müdafiəçilər: Ça Yun Hek, Pak Çol Cin, Pak Nam Çol (hamısı Amrokqanq), Nam Sol Çol, Ri Kvan Çen (hər ikisi FK 25 aprel), Ri Cun İl (Sobaeksu), Ri Kvan Hek (Kyenqonqop).
 
Yarımmüdafiəçilər: An Yen Hak (Omiya Ardica, Yaponiya), Ci Yun Nam, Mun İn Quk, Kem Yen Cun, Pak Nam Çol (hamısı FK 25 aprel), Kim Yon Cun, Ri Çol Myon, (hər ikisi Pxenyan), Kim Kyen İl (Rimensu), Pak Sun Hek (Sobaeksu).
 
Hücumçular: An Çol Hek (Rimensu), Ço Kum Çol, Kim Kum İl (hər ikisi FK 25 aprel), Xon Yon Ço (Rostov, Rusiya), Yon Tae Se (Kavasaki Frontale, Yaponiya).