14 may 2010 16:16

Onlar DÇ-yə baxmayacaq!

Dünya çempionatının startına bir aydan da az vaxt qalıb. Bu günə qədər yalnız 6 yığma – Braziliya, Honduras, İsveçrə, Yaponiya, KXDR və Yeni Zelandiya CAR meydançalarında güvənəcəyi 23 futbolçunun adını açıqlayıb. Digər 26 milli komanda isə 30 nəfərlik ilkin heyəti FIFA-ya təqdim edib. Bu o deməkdir ki, bu siyahılardan birinə düşə bilməyən oyunçu DÇ-də iştirak edə bilməyəcək.
 
Azerisport.az xəbər verir ki, bu mövsümü yüksək səviyyədə keçirən Palermonun hücumçusu Fabritsio Mikkoli İtaliya mətbuatına müsahibəsində yığmaya düşməyəcəyi təqdirdə iyun-iyul aylarını istirahətə həsr edəcəyini, DÇ-yə baxmayacağını və orada… Portuqaliyaya azarkeşlik edəcəyini söyləmişdi. Mikkoli bunu Benfikada keçirdiyi gözəl günlərlə əlaqələndirmişdi. Bizdə bu sözü deyən futbolçunu düşmək elan edərdilər. Amma məsələ buna deyil.
 
İndi sizə son ana qədər DÇ-yə yollanmağa namizəd sayılan, amma müxtəlif səbəblərdən milli komandadan kənarda qalan futbolçuların 23-lüyünü təqdim edirik. Onlardan bəziləri (məsələn,Devid Bekhem və Aleşandro Pato) zədənin, digərləri isə məşqçi seçiminin qurbanı olublar. Van der Sar və Totti kimi futbolçular birvaxtlar yığma karyeralarını başa vursalar, bu il sona qədər baş məşqçilərdən dəvət gözləyirdilər. Amma olmadı.
 
İstənilən halda, bu “23-lük” çox asanca DÇ-də medullar uğrunda mübarizə apara bilərdi.
 
Yeri gəlmişkən, bu yazının başlığının formalaşmasında müstəsna xidmətləri olan Mikkolinin adı siyahıda yoxdur. Səbəbi sadədir: namizəd çoxdur, vacant yerlərin sayı isə 23-dür. Ən güclülər seçilməlidir… Deyəsən, məşqçiləri başa düşməyə başlayırıq.
 
Qapıçılar: Andres Palop (İspaniya), Pol Robinson (İngiltərə), Edvin van der Sar (Hollandiya).
 
Müdafiəçilər:Qabriel Milito, Xavyer Zanetti (Argentina), Marselo (Braziliya), Nikola Leqrottalye (İtaliya), Ueyn Bric, Qari Nevil (İngiltərə).
 
Yarımmüdafiəçilər: Esteban Kambyasso (Argentina), Patrik Vyeyra, Samir Nəsri (Fransa), Dieqo, Ronaldinyo (Braziliya), Françesko Totti (İtaliya), Devid Bekhem (İngiltərə).
 
Hücumçular:Antonio Kasano, Luka Toni (İtaliya), Kərim Benzema (Fransa), Robinyo, Aleşandro Pato (Braziliya), Ruud van Nistelroy (Hollandiya).