13 may 2010 00:15
Ronaldinyo üçün DÇ-yə yollanmaq şansı
Braziliya yığmasının baş məşqçisi Karlos Dunqa milli komandanın ehtiyat siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, aşağıda adı göstərilən 7 nəfər əsas heyətdən kiminsə zədələnməsi və ya digər problemlər halında onu dərhal əvəz edəcək: Ronaldinyo (Milan, İtaliya), Aleks (Çelsi, İngiltərə), Sandro Ranyeri (İnternasional, Braziliya), Marselo (Real Madrid, İspaniya), Paulo Enrike (Santos), Karlos Eduardo (Hoffenhaym, Almaniya), Dieqo Tardelli (Atletiko Moneyro).
