10 may 2010 14:58
Azərbaycan DÇ-siz qalacaqmı?
Sabah – mayın 11-də bu il CAR-da keçiriləcək DÇ-də iştirak edəcək 32 komanda ilkin heyəti FİFA-ya təqdim etməlidir. Azerisport.az xəbər verir ki, bu gün “Unibank” Premyer Liqasında çıxış yalnız bir futbolçu – XL-li Allan Lalin DÇ-də iştirak etmək şansını saxlayır. Bu da Honduras millisinin əsas hücumçusu Karlo Kostlinin zədələnməsi və uzun müddətə sıradan çıxması ilə əlaqədardır. Hərçənd, honduraslıların baş məşqçisi Reynaldo Rueda Lalinə o qədər də güvənmir. Sonuncu dəfə Allan ötən il milliyə cəlb edilib.
