6 may 2010 16:15

Foqtsun həmyerliləri, rəqibləri və potensial çempionlar

Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biri – Almaniya yığmasının baş məşqçisi Yoahim Löv DÇ-2010-da iştirak edəcək futbolçuların ilkin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, ilkin siyahıya 27 oyunçunun adı alınıb. İyunun 1-də qədər onlardan 4-ü heyətdən kənarda qalmalıdır.

Qapıçılar: Manuel Noyer (Şalke), Tim Vize (Verder), Hans Yorq Butt (Bavariya).

Müdafiəçilər: Dennis Aoqo, Marsel Yansen, Cerom Boatenq (hamısı Hamburq), Arne Fridrix (Herta), Holgeq Badştuber, Fillip Lam (hər ikisi Bavariya), Per Mertezaker (Verder), Sərdar Tasçı (Ştutqart), Hayko Vestermann (Şalke), Adreas Bek (Hoffenhaym).

Yarımmüdafiəçilər: Mixael Ballak (Çelsi, İngiltərə), Makro Marin, Məsut Özil (hər ikisi Verder), Petr Troxovski (Hamburq), Sami Kxedira, Kristian Treş (hər ikisi Ştutqart), Toni Kroos (Bayer), Bastian Şvaynştayger (Bavariya).

Hücumçular: Kakau (Ştutqart), Mario Qomes, Miroslav Kloze, Tomas Müller (hamısı Bavariya), Ştefan Kisslinq (Bayer), Lukas Podolski (Köln).