5 may 2010 00:39

Totti İtaliya yığmasına dönə bilər

DÇ-2006-dan sonra İtaliya yığmasında karyerasını bitirdiyini elan edən Françesko Totti qarşıdakı mundialda yenidən qələbə uğrunda mübarizə apara bilər. Azerisport.az xəbər verir ki, İtaliya mətbuatının inadla yaydığı xəbərlərdə baş məşqçi Marçello Lippinin Romanın kapitanına ehtiyac duyduğunu və onu yola gətirmək istədiyi yazılır. Lippi özü bu barədə konkret açıqlama verməkdən boyun qaçırıb: “Totti? Mayın 11-ə qədər dözün. Həmin tarixdə FİFA-ya 30 nəfərlik ilkin heyəti göndərməliyik. Özünüz hər şeyi görəcəksiniz. Romanın bazasına baş çəkmək fikrim yoxdu. Çünki XXI əsrdə yaşayırıq, telefon və elektron poçt kimi vasitələr var”.