2 may 2010 00:59

Beləliklə… Heyəti ilk olaraq, ev sahibi açıqladı

Bu il CAR-da keçiriləcək dünya çempionatı ev sahiblərinin yığmasına rəhbərlik edəcək Karlos Alberto Parreyra artıq ilkin heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis ilk siyahıya 29 futbolçunun adını salıb. FİFA-nın qaydalarına qədər uzağı iyunun 1-ə qədər bu say 23-ə qədər azaldılmalıdır. Maraqlıdır ki, Parreyra iki məşhur CAR-lı futbolçuya dəvət göndərməyib; Elrio van Heerden (Sivasspor, Türkiyə) və Nasef Morris (Rasinq, İspaniya) doğma meydançalarda keçirilən DÇ-də iştirak edə bilməyəcəklər,

Qapıçıar: Rouen Fernandez (Arminiya, Almaniya), Mounib Yozefs (Orlando Payrets CAR), İtumelenq Kune (Kayzer Çifs, CAR), Şuaib Uolters (Maritzburq Yunayted, CAR).

Müdafiəçilər: Mettyu But (Mamelodi Sandaunz, CAR), Sibonisu Qaksa (Mamelodi Sandaunz, CAR), İnnoçent Mdledle (Mamelodi Sandaunz, CAR), Bonqani Kumalo (SuperSport Yunayted, CAR), Tsepo Masilela (Makkabi Hayfa, İsrail), Aaron Mokoena (Portsmut, İngiltərə), Brüs Mun (PAOK, Yunanıstan), Anele Nqçonqça (Genk, Belçika), Siyabonqa Sanqueni (Qolden Errouz, CAR), Lukas Tşvala (Orlando Payrets, CAR).

Yarımmüdafiəçilər: Franklin Çale (Mamelodi Sandaunz, CAR), Suprayz Moriri (S Mamelodi Sandaunz, CAR), Andile Cali (Orlando Payrets, CAR) Teko Modise (Orlando Payrets, CAR), Reneue Letşolonyane (Kayzer Çifs, CAR), Sipive Tşabalala (Kayzer Çifs, CAR), Lens Devids (Ayaks Keyp Taun, CAR), Kaqişo Dikqaçoi (Fulhem, İngiltərə), Tanduyise Kuboni (Qolden Errouz, CAR), Stiven Pinaar (Everton, İngiltərə), Makbet Sibaya (Rubin, Rusiya)

Hücumçular: Benni Makkarti (Vest Hem, İngiltərə), Katleqo Maşeqo (Mamelodi Sandaunz, CAR), Siyabonqa Nonvete (Moroka Zvollouz, CAR), Bernard Parker (Tvente, Hollandiya)