1 may 2010 00:31

Fransının heyəti canlı efirdə açıqlanacaq

Fransa yığmasının baş məşqçisi Raymon Domenek bu il CAR-da keçiriləcək dünya çempionatına aparacağı heyətini mayın 11-də TF1 telekanalının canlı efirində açıqlayacaq. Azerisport.az AFP agentliyinə istinadla xəbər verir ki, Domenek ilkin heyətə bəzi zədəli futbolçuların salınacağını da istisna etməyib. O bildirib ki, yekun “23-lük” mayın 18-də bilinəcək.