Platini İngiltərə yığmasını qoyun sürüsünə bənzətdi
UEFA prezidenti Mişel Platini “The Times” nəşrinə maraqlı müsahibə verib. Azerisport.az xəbər verir ki, fransız funksioner qarşıdakı DÇ-də favorit saydığı komandaların adlarını çəkməklə yanaşı, İngiltərə yığmasını qoyun sürüsünə bənzədib.
“Mənim adətən dörd favoritim olur. Amma indi onların sayı üçdür: Braziliya, İspaniya və İngiltərə. Bu komandaların çempion olmaq üçün bütün keyfiyyətləri var. Çünki bu gün onların dünyanın ən yaxşı komandalarıdır.
Bəli, mən demişəm ki, qışda İngiltərə yığması şir, yayda isə qoyun sürüsünü xatırladır. Hesab edirəm ki, Premyer Liqada qış fasiləsinin olmaması futbolçulara pis təsir edir. Buna görə yığma komandanın dünya çempionatına hazırlaşmasında problemlər yaranır. Bilirəm ki, ingilislər üçün “boxing day” nə deməkdir, amma nəyisə dəyişmək lazımdır” – deyə Platini bildirib.
