26 aprel 2010 22:26
Mourinyo Qana yığmasının sükanı arxasında?
Portuqaliya mətbuatı İnterin baş məşqçisi Joze Mourinyonun mövsüm başa çatdıqdan sonra Qana yığmasının baş məşqçi postuna təyin olunacağı ilə bağlı məlumatlar yayıb. Azerisport.az xəbər verir ki, mütəxəssisə DÇ dövründə Afrika təmsilçisinin sükanı arxasına keçmək təklif olunub. Lakin Qana Futbol Federasiyası dərc etdiyi xüsusi bəyanatda bu cür istəklərinin olmadığını və Mourinyo ilə danışıqlar aparılmadığını bildirib. Qurumun rəsmi saytında İnterin çalışdırıcısınını fikirləri də dərc olunub: “İnterin bu mövsüm sonuncu rəsmi oyunundan sonra istirahətə yollanmağa planlaşdırıram. Hansısa komanda ilə DÇ-də iştirak edəcəyim barədə xəbərlər həqiqətəuyğun deyil”.
