24 aprel 2010 01:00

Argentinalılar Maradonanı tərbiyələndirməyə çalışır

Argentina yığmasının azarkeşləri internetdə “Dieqo üçün Kostyum” adlı kampaniyaya başlayıblar. Azerisport.az xəbər verir ki, kampaniyanın əsas məqsədi yığma komandanın baş məşqçisi Dieqo Maradonanı CAR-da bu il keçiriləcək DÇ zamanı rəsmi kostyum geyinməyə təhrik etməkdir.
 
Argentinalılar fikrincə, Maradonanın geyimi stili çox aqressivdir və o daha samballı görünmək üçün geyimini dəyişməlidir. Aksiya iştirakçıları xüsusi sayt yaradıblar. Saytda Maradonaya aid fotoşəkillər və videogörüntülərlə yanaşı, xüsusi videooyun da var. Oyunun məğzi Maradonaya müxtəlif paltarlar geyindirməkdən ibarətdir.
 
Təşkilatçılar öz tərəflərinə təxminən 10 minə yaxın azarkeşi cəlb etməyi planlaşıdırır. Aksiyanın sonunda – DÇ ərəfəsində “Müqəddəs Dieqo”ya xüsusi kostyum hədiyyə olunacaq. Maradonanın geyinməli olduğu bu kostyum DÇ-dən sonra auksiona qoyulacaq, əldə edilən məbləğ isə xeyriyyə məqsədləri üçün xərclənəcək.