18 aprel 2010 15:29

32 namizəd. №1. Cənubi Afrika Respublikası

Dosye

Cənubi Afrika Futbol Assiosiyası 1991-ci ildəyaradılıb. 1992-ci ildən FİFA-nın üzvüdür. CAR yığması 1996-cı il Afrika Millətlər Kubokunun (AMK) qalibi olub, 1998-ci ildəbu turnirdəikinci yeri tutub. DÇ-nin final turnirlərindəiki dəfəiştirak edib: həm 1998, həm də2002-ci illərdəmübarizəni qrup mərhələsindən sonra dayandırıb.

Baş məşqçi: Karlos Alberto Parreyra (Braziliya)
Ən çox oyun keçirən futbolçu: Aaron Mokoena – 94 oyun
Ən yaxşı bombardir: Benni Makkarti – 32 qol

 

CAR Afrika qitəsinin ən zəngin ölkələrindən biri olsa da, futbolun inkişafına görə Şimalı, Şərqi və Mərkəzi Afrika ölkələrindən geri qalır. Bunun əsas səbəbi ölkədə uzun müddət futbolun peşəkar səviyyədə oynanılmamasıdır. CAR da Azərbaycan kimi peşəkarlıq “relsləri” üzərinə XX əsrinə 90-cı illərinin əvvəllərində çıxıb. Amma komandaya cəmi 5 il kifayət edib ki, tarixində ilk və hələ də yeganə titulunu – Afrika Millətlər Kubokunun qalibi adını qazansın. İki il sonra azarkeşlərin “Bafana-Bafana” (yerli dildən tərcümədə - “oğlanlar-oğlanlar”) adlandırdığı kollektiv adıçəkilən turnirin gümüş medallarını boynuna asıb.

Ümumiyyətlə, 90-cı illərin ikinci yarısı CAR üçün uğurlu keçib. Məhz 1998-ci ildə Fransada təşkil olunan Dünya çempionatı Afrika ən cənub ölkəsi üçün ilk mundial olub. Həmin turnir dünya futboluna Lukas Radebe, Aaron Mokoena, Pyer İssa, Hans Vonk kimi futbolçuları tanıtsa da, yığma komanda üçün uğurlu olmayıb. İlk cəhdində CAR yığması qrupda yalnız Səudiyyə Ərəbistanını qabaqlaya bilib. 4 il sonra – Koreya və Yaponiyadakı DÇ-də isə cənubi afrikalılar qrupda Sloveniya üstələyib. Beləcə, final mərhələlərində 6 oyun, 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi 8-11.

Bundan sonra Almaniyadakı mundialı buraxan kollektiv 2000-ci illəri olduqca zəif keçirir. 1994-cü ildə Braziliyanı dünya çempionu edən Karlos Alberto Parreyranın komandası bir qayda olaraq Afrika kuboklarında qrupda qalır, bəzən ümumiyyətlə, həmin turnirin final mərhələsinə çıxa bilmir. 2010 Dünya kubokunda CAR-ın iştirakının yeganə səbəbi isə yarışın məhz doğma vətəndə keçirilməsidir.

Yaxınlarda Braziliyada təlim-məşq toplanışında olan CAR yığması orada yerli klublarla yoldaşlıq görüşləri keçirdi. Parreyra komandasını dünya çempionatına layiqli səviyyədə hazırlayacağına inanır, amma etiraf edək ki, onun nikbin olması üçün elə bir əsas yoxdur. CAR – DÇ-də iştirak edəcək Afrika komandaları arasında ən zəifidir. Bununla belə, evdə bəzən divarlar da kömək edir.

Sırf futbol məsələlərinə keçsək, görərik ki, “Bafana-Bafana”nın futbolçularının çoxu yerli çempionatda top qovur. Orlando Payrets, Mamelodi Sandaunz kimi klubların adı avropalı azarkeşə heç nə deməsə də, əslində onlar yerli birinciliyin “nəhəng”ləri və yığma komandası oyunçu ilə təmin edən əsas “fabrik”lərdir. Lakin CAR-ın sarılı-yaşıllı formasını geyinənlər arasında Aaron Mokoeba (Portsmut, İngiltərə), Nasef Morris (Rasinq, İspaniya), Stiven Pinaar (Everton, İngiltərə), Benni Makkarti (Blekbern, İngiltərə) kimi tanınmışlar var. Heç şübhəsiz, qarşıdakı mundialda Parreyranın əsas ümid yeri məhz onlar olacaq.

CAR-ın heyətində daha iki futbolçu var ki, onlar barədə danışmadan keçmək günah olardı. Biri – Bernard Parker, Azərbaycan yığmasının üzvü Vaqif Cavadovun Tventedən komanda yoldaşı, digəri – Metyu Butt, 198 sm-li müdafiəçi, bu gün CAR-ın şərəfini qoruyan yeganə ağ dərili oyunçu.

Görəsən, bu ekzotika və vuvuzellərin (sonuncu Konfederasiyalar kubokunda hamını təngə gətirmiş Afrika tütəyi) səsi “Bafan-Bafana”nın köməyinə gələcəkmi?