16 aprel 2010 18:23

Oksigen maskası - uğurun açarı

Yaponiya yığmasının baş məşqçisi Takeşi Okada bu il CAR-da keçiriləcək dünya çempionatında uğur qazanmağın yolunu tapıb. Azerisport.az xəbər verir ki, mütəxəssis futbolçularına DÇ ərzində gündə bir saat oksigen maskası taxmaq tapşırığı verib.

“İki oyunumuz 1000 metrdən artıq yüksəklikdə olacağından futbolçulara bu cür tapşırıq vermişik. Burada elə bir problem yoxdur. Oyunçular, məsələn, televizora baxarkən oksigen maskası taxa bilərlər” – deyə Okada bildirib.