15 aprel 2010 00:46
Dunqanın yerinə Leonardo
Braziliya yığmasının baş məşqçi postunda dəyişiklik edilə bilər. Azerisport.az xəbər verir ki, hazırda Karlos Dunqanın tutduğu posta ən real namizəd kimi Milanın çalışdırıcısı Leonardonun adı çəkilir. İtaliyanın “Il Corriere dello Sport” nəşri yazıb ki, Leonardonun yayda – DÇ-dən sonra yığmanın sükanı arxasına keçəcəyi gözlənilir. Milanda isə onu “rossonerlər”in keçmiş futbolçusu Mauro Tasotti əvəzləyəcək.
