12 aprel 2010 17:01

Dünya kuboku Türkiyədə

“FİFA Dünya Kuboku Turu” davam edir. Azerisport.az xəbər verir ki, bu gün “Müqəddəs İlahə” xüsusi reyslə Türkiyənin ən böyük şəhəri İstanbula gətirilib. Aprelin 15-də kuboku ticarət mərkəzində nümayişə qoyulacaq və istənilən şəxs onunla birgə şəkil çəkdirə bilər.

Qeyd edək ki, 85 ölkənin 92 şəhərini ziyarət edəcək, 138902 km yol qət edəcək dünya kuboku səyahət turunda Türkiyə 78-ci ölkədir.