10 aprel 2010 00:05
Gözəllərin Dünya çempionatı (FOTO)
CAR-da keçiriləcək Dünya çempionatından bir həftə əvvəl Almaniyada “Miss WM” (MissDÇ) gözəllik yarışması keçiriləcək. Azerisport.az xəbər verir ki, təşkilatçıların dediyinə görə Rust şəhərində iyunun 4-də baş tutacaq müsabiqə üçün 950 gözəl xanım ərizə göndərib. Bunlardan yalnız 32-si (hər ölkədən bir gözəl) “xoşbəxtlər” siyahısına daxil olacaq.
Qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində ilk dəfə baş tutan müsabiqədə 24 yaşlı Toqolu tələbə xanım Edvic Madze Badakcu qələbə qazanmışdı.
