10 aprel 2010 22:25

Dünya çempionunu Bin Laden də qorxutmur

İtaliya yığmasının baş məşqçisi Marçello Lippi “Əl-Qaidə” terror təşkilatının hədələrindən qorxmur. Azerisport.az xəbər verir ki, 2006-cı ilin dünya çempionu Cənubi Afrika Respublikasının stadionlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağından əminliyini bildirib.

“Biz artıq yüksək səviyyəli təhlükəsizlik tədbirləri şəraitində yaşamağa artıq öyrəşmirik. Bütün turnirlərdə belə şeylər. Bunları böyük problem saymıram. Ötən il Konfederasiyalar Kuboku zamanı bizim heç bir problemimiz olmadı. Təşkilatçılar ən xırda detallara belə diqqətlə yanaşırdılar. Komandamız iki polis maşınının müşayiəti ilə hərəkət edirdi. Azarkeşlərə isə nə deyəcəyimi bilmirəm” – “La Repubblica” nəşrinə müsahibəsində Lippi belə deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Əl-Qaidə” təşkilatı CAR-da keçiriləcək DÇ zamanı bir neçə terror əməliyyatı həyata keçirəcəyinə söz vermişdi.