8 aprel 2010 22:17

3D texnologiyası futbola da gəlib çıxdı

CAR-da keçiriləcək futbol üzrə dünya çempionatı yayımı zamanı ən müasir 3D texnologiyadan istifadə olunacaq. Azerisport.az xəbər verir ki, bunu FİFA televiziya proqramları üzrə direktoru Niklas Eriksson deyib.

CAR-da baş tutacaq 64 oyundan 25-ni tamaşaçılar 3D vasitəsilə izləyəcəklər. Bura çempionatın açılış və final çatçları da daxil olacaq. Lakin bu texnologiyadan yalnız 26 ölkənin tamaşaçıları istifadə edə biləcəklər. Digər ölkələrdə hələ bu 3D-dən geniş istifadə olunmur.

AP FİFA-ya istinadla onu da bildirib ki, əın çox maraq doğuran komanda Braziliyadır. Karlos Dunqanın yetirmələrinin qrup mərhələsindəki hər 3 oyunu 3D vasitəsilə yayımlanacaq. Ümumiyyətlə, yalnız Yohannesburq, Keyptaun, Durban və Port-Elizabetdəki stadionlarda bu texnologiya quraşdırılacaq.