Azarkeş belə olar: CAR-a piyada gedəcək!
Bu ilin yayında Cənubi Afrika Respublikasına keçiriləcək dünya çempionatında iştirak edəcək Serbiya yığmasının bir azarkeşi komandasına dəstək vermək üçün orijinal üsul tapıb. 39 yaşlı Saşa Yoviç çempionata piyada yollanacaq!
Azerisport.az xəbər verir ki, artıq Serbiya bayrağı, çanta və dünyanın siyasi xəritəsi ilə yola düşən Yoviç iyunun 13-ə CAR-a çatmağı planlaşdırır. Həmin tarixdə Serbiya yığmasın çempionatda ilk görüşünü Qanaya qarşı keçirəcək.
16 min kilometr (!) məsafə qət edəcək Yoviç bildirib ki, avtostopdan da istifadə edəcəyini deyib: “Piyada getməlk istəyirəm, amm avsostopdan da istifadə edəcəyəm. Serbiya - Bolqarıstan – Türkiyə - Misir – Sudan – Efiopiya – Botstvana – CAR marşrutu ilə hərəkət edəcəyəm. İnanıram ki, komandamız Qana ilə görüşdə məni sevindirəcək”.
