DÇ zamanı siqaret çəkmək qadağan olunacaq
CAR-da keçiriləcək Dünya çempionatı siqaret çəkənlərin üzünə bağlı olacaq. Azerisport.az xəbər verir ki, çempionat zamanı oyunların keçiriləcəyi 9 şəhərdə siqaret çəkmək qadağan olunacaq.
10 oyun – 7 iyul aralığında Yohannesburq, Keyptaun, Durban, Blumfonteyn, Nelspreyt, Pretoriya, Rustenburq, Port-Elizabet və Polokvanda stadiona daxil olan azarkeşlər xüsusi aparatda – siqaret tüstü analizatorunda yoxlamadan keçməli olacaqlar. Bu yoxlanışdan problemsiz keçmək üçün azarkeş son 24 saat ərzində siqaret çəkməməlidir. Əks halda, o, stadiona daxil ola bilməyəcək.
“Biz dünyaya göstərmək istəyirik ki, bu pis vərdişə qarşıyıq. İnsanlar öz azarkeşlərini siqaretsiz də dəstəkləyə bilərlər. Siqaret çəkənlər cərimə olunacaq” – təşkilat komitəsinin üzvü Aaron Mosembeki belə deyib.
Siqaret əleyhinə mübarizəyə 23 min könüllü cəlb olubacaq.
