2 aprel 2010 00:38

İnterpoldan görünməmiş hazırlıqlar

Beynəlxalq Polis Təşkilatı – İnterpol DÇ-2010-da rekord sayda əməkdaşla çalışacaq. Azerisport.az xəbər verir ki, bunu qurumun baş katibi Ronald Nobl deyib. O bildirib ki, 11 iyun – 11 iyul aralığında Cənubi Afrika Respublikasında dünyanın 25 ölkəsindən İnterpol əməkdaşları fəaliyyət göstərəcəklər. Nolb onu da deyib ki, turnirin keçirilmə müddətində vəsiqə və barmaq izi yoxlama məntəqələri azarkeşlər parklarında və stadionlarda yerləşdiriləcək. Bütün bunlar CAR-da çox yüksək olan cinayətkarlıqla əlaqədardır.