1 aprel 2010 21:53
Yığmamızın rəqibi heyəti mayda açıqlayacaq
Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv bildirib ki, Dünya çempionatına gedəcək heyəti mayın 6-da açıqalayacaq. Azerisport.az AP agentliyinə istinadən xəbər verir ki, həmin gün baş məşqçi mətbuat konfransı keçirəcək və 23 futbolçunun adını ictimaiyyətə elan edəcək.
Qeyd edək ki, çempionat ərəfəsində “bundestim” üç yoldaşlıq görüşü keçirəcək: mayın 13-də Malta, 29-da Macarıstan, iyunun 3-də isə Bosniya və Herseqovina ilə. Onu da qeyd etmək yerinə düşər ki, Almaniya millisi Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biridir.
