1 aprel 2010 14:10

Açılış matçında Şakira oxuyacaq

CAR-da keçiriləcək dünya çempionatının açılış matçında oxunacaq mahnının adı bəlli olub. Azerisport.az xəbər verir ki, Yohannesburqdakı CAR – Meksika görüşündən əvvəl keçiriləcək açılış mərasimində “Black Eyed Peas” qrupu və Alisia Keyslə birgə səhnəyə çıxacaq Şakira “Saminamina” mahnısını oxuyacaq. Maraqlıdır ki, mahnının bəstəkarı da elə Şakira özüdür.