30 may 2014 19:33

Yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı olub

Tofiq Bəhramov adına Respublika Stadionunda yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı olub. Azerisport.az xəbər verir ki, mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.
Azad Rəhimov deyib ki, son vaxtlar dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycanda mötəbər beynəlxalq yarışların keçirilməsi sevindirici haldır. Ölkəmizdə idman infrastrukturu təkmilləşdirilir. Nazir deyib ki, bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində mümkün olub. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, maddi-texniki baza möhkəmlənir.
Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd etmişdir ki, təsnifat turnirinin təşkili ölkəmizdə idmanın bu növünün inkişafına töhfə verəcək. Turnirin cari ildə Çinin Nankin şəhərində təşkil olunacaq II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığını diqqətə çatdıran Ç. Hüseynzadə iştirakçılara uğurlar arzulayıb.

Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirən Hansorq Virç turnirin Azərbaycanda atletikanın inkişafına kömək olacağını söyləyib. 
Dövlət himni səsləndikdən sonra turnir açıq elan edilib.

Xatırladaq ki, atletikanın 18 növü üzrə keçirilən Avropa təsnifat turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparır. Bunlardan 333-ü qız, 357-si isə oğlandır. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün 108 olacaqdır.
Yarışda ölkəmizi 16 atlet - 9 oğlan, 7 qız idmançı təmsil edir.

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 28 dekabr

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Yüngül atletika 25 dekabr

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib
Yüngül atletika 19 dekabr

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 29 iyul

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.