28 dekabr 2015 18:20

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə  həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir. Azerisport.az xəbər verir ki, LEAP 2017 programı atletika idman növü vasitəsilə gənc liderlərin yetişdirilməsinə xidmət edir. 

Növbəti belə təlim, 178, 189-190 və 276 saylı orta ümumtəhsil məktəblərində təşkil edilmişdir. Şagirdlərin davamlı idmanla məşğul olmasını təşviq etmək və onların liderlik xüsusiyyətlərinin artırılmasına xidmət edən dərslərdə 8-10-cu siniflərdən ümumilikdə 100-dən çox məktəbli iştirak edib. Təlimlər ilin sonuna qədər digər orta ümumtəhsil məktəblərində də davam edəcək. 

Atletika idman növünə daxil şən, təhlikəsiz və mütəhərrik oyunlardan ibarət praktiki təlimi şagirdlər üçün Britaniya Atletika Assosiyasiyasının cari ilin Mart ayında Bakıda təşkil etdiyi təlim kurslarını bitirmiş fiziki tərbiyə müəllimləri təşkil etmişdir. Bu təlimlərdə müxtəlif orta və Uşaq-Gənclər İdman Məktəblərdən olan 14 nəfər məşqçi-müəllimi iştirak etmişdir.  Təşkilatçılar təlimdə iştirak edən bütün şagirdləri sonda sertifikat ilə təltif etdilər. 

Xatırladaq ki, 2017-ci ildə Londonda keçiriləcək Yüngül Atletika üzrə Dünya Çempionatının sosial idman irsini təşkil edən LEAP 2017, “UK Sport” və Britaniya Atletika Assosiyasiyasının birgə proqramıdır. Layihədə iştirak edən məşqçi-müəllimlərdən ən yaxşısı 2017-ci ildə Londonda keçiriləcək Yüngül Atletika üzrə Dünya Çempionatında iştirak etmək hüququ qazanacaq. 

(AAF-ın mətbuat xidməti)

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 25 dekabr

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib
Yüngül atletika 19 dekabr

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 29 iyul

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.
Yüngül atletika 31 may

Behafeta Hadiyes: Məqsədim olimpiya oyunlarına lisenziya qazanmaq idi

Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində gümüş medal və yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız Behafeta Hadiyes jurnalistlərin suallarına cavab verib.